Azərbaycanda dollara tələbat azaldı

  • By admin
  • 21 Sentyabr 2021 18:44

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

 

Gununsesi.info-ya  AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 52,2 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

 

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (16 sentyabr 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 19,2% azalıb.