Azərbaycanda nazirlikdə yüksək vəzifəyə TƏYİNAT

  • Müəllif: admin
  • 19 Avqust 2020 12:43

Mədəniyyət Nazirliyində kadr dəyişikliyi olub. 

Gununsesi.info-nun məlumatına görə, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Mədəniyyət nazirinin birinci müavini Anar Kərimovun müvafiq əmri ilə Vasif Eyvazzadə Aparat rəhbəri təyin edilib.

Xatırladaq ki, Vasif Eyvazzadə bu vəzifədən əvvəl nazirliyin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Gununsesi.info