Azərbaycanda rəis işdən çıxarıldı – YENİ TƏYİNAT

  • Müəllif: admin
  • 17 Avqust 2020 13:50

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətində kadr dəyişikliyi olub.

Gununsesi.info-nun məlumatına görə, bu barədə ASC-nin sədri Vüqar Əhmədov əmr imzalayıb.

Əmrə əsasən, “Azərişıq” ASC-nin Tovuz Rayon Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Zaur Şirəliyev vəzifəsindən azad olunub.

O, Nərimanov RETSİ-nin rəisi vəzifəsinə təyinat alıb.

Gununsesi.info