Azərbaycanın voleybol klubu Çempionlar Liqasına məğlubiyyətlə başlayıb

  • Müəllif: Admin08
  • 23 Oktyabr 2025 20:37

Kişi voleybolçulardan ibarət “Azerreyl” klubu Çempionlar Liqasında mübarizəyə başlayıb.

Gununsesi.info xəbər verir ki, Azərbaycan təmsilçisi təsnifat mərhələsinin I turunda Serbiyanın “Radniçki” kollektivi ilə üz-üzə gəlib.

Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilən matç rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, cavab oyunu oktyabrın 29-da baş tutacaq.

 

Gununsesi.info