Azarkeşlə futbolçu dalaşdı, oyun başlamamış bitdi -VİDEO

Kolumbiya futbolunda növbəti qalmaqal yaşanıb.

Gununsesi.info xəbər verir ki, ölkə çempionatının 4-cü turunun “Deportes Tolima” – “Millonarios” qarşılaşması baş tutmayıb. Buna səbəb görüş başlamazdan əvvəl meydançaya daxil olan azarkeş olub.

Çılğın fanat qonaqların hücumçusu Daniel Katanyona arxadan zərbə endirib. “Millionarios”un üzvü azarkeşin arxasınca qaçaraq onu itələyib. Futbolçu bu hərəkətinə görə hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılıb.

Hadisədən sonra ara qarışıb. Federasiya nümayəndələri təhlükəsizlik tədbirlərindən razı qalmadığı üçün oyun təxirə salınıb.

“Deportes Tolima” daha sonra saytı vasitəsilə açıqlama yayaraq hadisəni törədən azarkeşin həbs edildiyini və onun müvafiq cəzanı alması üçün bütün lazımi tədbirləri görüləcəyini bildirib.

Heybət

Gununsesi.info