Azercell bu məsələdə qonşu ölkələrin operatorlarından geri qalır

  • By admin
  • 02 Aprel 2024 14:00

Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz Azərbaycanın və  qonşu ölkələrin  mobil operatorların açıqlamaları arasındakı texnoloji bərabərsizlik haqqında yazıb.

Gununsesi.info həmin qeydləri təqdim edir:

Azercell açıqlama yayıb.

Başlığını da “Ölkənin lider mobil operatoru hədəflərinə doğru əzmlə addımlayır” olaraq təqdim edib. Əla başlıqdır.

 

Amma söhbət 4G-dən və bu texnologiya əsasında şəbəkənin yenilənməsi və genişləndirilməsindən gedir.

Rəqəmlərə diqqət yetirdikdə görmək olar ki, dövlət şirkəti olan Azercell həqiqətən də son bir-iki ildə şəbəkəsini xeyli yeniləyə bilib. Onlarla yeni baza stansiyası quraşdırıb, yüzlərlə baza stansiyanı təkmilləşdirib.

 

Amma burada ciddi düşçündürücü məqam var.

 

Qonşu ölkələrin operatorları da bu tip açıqlamalar verirlər və biz onları da diqqətlə izləyirik.

Bizim operatorlarla onların prioritet mövzuları arasında kəskin texnoloji fərqlər var .

 

Qazaxıstan, Ermənistan, Gürcüstan digər ölkələrin mobil operatorlarının bu tip açıqlamalarında söhbət 5G şəbəkəsindən gedir. İnvestisiyalar bu yöndə yatırırlır. Müzakirələr bu istiqamətdədir.

Onların qlobal şirkətlərlə, Huawei, Nokia, Eriksson və digərləri ilə əməkdaşlıqlar məhz bu yöndədir.

Ümid edirəm İKTA və mobil operatorlarımız da bu fərqləri görürlər.

 

Gununsesi.info