“Azeri Light”ın qiyməti 80 dolları ötdü

  • By admin
  • 29 Mart 2023 09:46

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti yüksəlib.

Gununsesi.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,46 ABŞ dolları və ya 3,14% artaraq, 80,74 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Gununsesi.info