“Bakı–Tbilisi qatarı AZAL-ın qiymətlərinə təsir göstərə bilər” -İQTİSADÇI

“Bakı–Tbilisi–Bakı sərnişin qatarının istifadəyə verilməsindən sonra müştəri sayının azalması AZAL-ın qiymətlərinə müəyyən təsir göstərə bilər”.

Bunu Gununsesi.info -ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib:

“Lakin bunun ciddi dəyişiklik yaradacağını düşünmürəm. Çünki son illərdə hava nəqliyyatı sahəsində xərclər ümumilikdə artıb. Xüsusilə yanacağın bahalaşması bu sahəyə birbaşa təsir edir. Bu baxımdan təyyarələrin istismarı ilə bağlı xərclər də yüksəlir.

Bununla belə, hesab edirəm ki, qatarların fəaliyyətə başlaması Bakı–Tbilisi hava xəttində qiymətlərə müəyyən təsir göstərə bilər. Xüsusilə pik saatlardan kənar uçuşlarda daha əlverişli qiymətlərlə qarşılaşmaq mümkün ola bilər”.

Qeyd edək ki,  “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 26 may 2026-cı il tarixindən etibarən Bakı – Tbilisi – Bakı marşrutu üzrə sərnişin daşımalarını bərpa edir.

 

Şəbnəm Rəıhimova

Gununsesi.info