Bakıda bu mənzillər UCUZLAŞDI

  • By admin
  • 14 Noyabr 2022 21:09

Oktyabr ayında Bakıda mənzil bazarında qiymət artımları xeyli səngiyib. Xüsusən, daha bahalı mənzillərə əvəlki aylardan fərqli olaraq tələbin azalması müşahidə olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Mərkəzin keçirdiyi monitorinqə əsasən, qiyməti 150 min manatadək olan mənzillərin qiymətində 2 faiz artım qeydə alınıb. 150-250 min manat qiymət aralığında təklif olunan mənzillər 1 faiz dəyər qazanıb.

Əvvəlki aylardan fərqli olaraq oktyabr ayında daha bahalı mənzillərin qiyməti dəyişməyib. Mənzil bazarında təklif yüksək olsa da tələb aşağı olaraq qalmaqdadır.

Monitorinqlər göstərir ki, oktyabr ayında əvvəlki aylardan fərqli olaraq MDB dövlətlərindən gələnlərin mənzillərə tələbi azalıb. Bu da əvvəlki aylarda müşahidə edilən yüksək qiymət artımlarının yavaşımasına səbəb olub.

Gununsesi.info