Bakıda məşhur rəssam vəfat etdi

  • By admin
  • 31 Mart 2022 10:01

Tanınmış rəssam Mirzəağa Qafarov vəfat edib.

Bu barədə Dövlət Rəssamlıq Qalereyasından bildirilib.

Qeyd edək ki, incəsənət xadimi 15 avqust 1927-ci ildə Bakıda anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1958-ci ildə Muxina adına Leninqrad Rəssamlıq İnstitutunu bitirib. O,1960-cı ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olub.

O, həmçinin Rəssamlıq Akademiyasının dosenti idi.

Allah rəhmət eləsin!

Gununsesi.info