Xəzər rayonunda çağırışa gedən təcili tibbi yardım briqadası doğuş prosesini evdə icra etmək məcburiyyətində qalıb.
TƏBİB-dən Gununsesi.info -ya verilən məlumata görə, çağırış ünvanında təcili tibbi yardım heyəti tərəfindən 38 həftəlik hamilə olan 27 yaşlı qadının doğuş prosesi idarə olunub. Doğuşun ilkin mərhələsi birbaşa yaşayış ünvanında baş verib, daha sonra isə proses təcili tibbi yardım avtomobilində nəzarətdə saxlanılıb.
Hazırda ana və körpənin müalicəsi Xəzər Tibb Mərkəzində davam etdirilir. Körpə oğlandır, çəkisi 3 kq. 150 qr., boyu 50 sm-dir. Hər ikisinin vəziyyəti qənaətbəxş qiymətləndirilir.














