Barmağında sıxışan üzüyü belə çıxardılar - VİDEO

  • Müəllif: Firuzə
  • 27 Mart 2026 12:24

Gəncədə bir nəfərin barmağında üzük sıxışıb qalıb.

Gununsesi.info  xəbər verir ki, köməksiz vəziyyətdə qalan vətəndaş Fövqəladə Hallar Nazirliyinə müraciət edib.

Məlumatla əlaqədar xilasedicilər dərhal çağırış üzrə cəlb olunublar.

Xüsusi vasitələrlə üzüyü vətəndaşın barmağından kəsib çıxarıblar.

Gununsesi.info