Berlində fermerlər etiraz aksiyasına çıxıblar

  • By ilhame
  • 26 Yanvar 2024 19:43

Almaniyanın paytaxtı Berlində Brandenburqdan şəhərə enən fermerlər 250 traktorla yanacağa verilən subsidiyaların azaldılmasına qarşı növbəti dəfə nümayiş keçirirlər.

 

Gununsesi.info xəbər verir ki, bu barədə DPA agentliyi paytaxtın hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən məlumat yayıb.

 

“Bu səhər Brandenburqun hər yerindən 300-dən çox fermer Berlinə yola düşüb. Onlar 250 traktorla koalisiya partiyalarının qərargahı qarşısında kənd təsərrüfatı üçün nəzərdə tutulan dizel xərclərinin azaldılmasına qarşı nümayiş keçiriblər”, – məlumatda qeyd edilib.

 

Bildirilib ki, traktora minən fermerlər şəhərdə hərəkətlərini davam etdirirlər.

 

Gununsesi.info