Biləsuvarda ağır yol qəzası

  • By admin
  • 12 İyul 2022 19:14

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən, piyada rayonun Nərimankənd sakini, 1979-cu il təvəllüdlü yaşlı Əhəd Əliyevi vurub.

Yaralı müxtəlif ağır bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.

Gununsesi.info