Biləsuvarda atasının motosikletini idarə edən yeniyetmə qəza törədib

  • By ilhame
  • 12 Aprel 2024 23:01

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndinin ərazisində qeydə alınıb.

 

Kənd sakini 2008-ci il təvəllüdlü A.N.Rafət oğlu, atasına məxsus motosikleti sürərkən idarəetməni itirib.

 

Nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

 

Qəzada yeniyetmə xəsarət alıb və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info