Bir gündə Rusiyanın 7 təyyarəsi, 1 helikopteri, 2 qanadlı raketi, 1 PUA-sı vurulub

  • By admin
  • 24 Mart 2022 10:49

Şanlı Ukrayna Ordusu ötən sutka da işğalçı faşist Rusiya ordusuna ağır zərbələr vurub.
Gununsesi.info bildirir ki, bu barədə Ukraynanın Silahlı Qüvvələrinin  Baş Qərargahının yaydığı məlumatda bildirilib.
Məlumata  görə, dünən faşistlərin 7 təyyarəsi. 1 helikopteri, 2 qanadlı raketi, 1 PUA-sı vurulub. Məhv edilmiş çoxlu sayda zirehli texnika və canlı qüvvə bura aidd deyil.

Rusların işğal etdikləri Berdyansk limanında düşmənin bir gəmisi batırılıb, ikisi də ciddi zədə alaraq tüstülənir.
Son gündə ukraynalılar həm də xeyli hərbi qənimət ələ keçiriblər.

Onlardan “Krasuxa-4” radioelektron mübarizə sistemi çox önəmlidir.

O, 300 km məsafədə əks tərəfin radarlarını işini dayandıra bilir.

 

Gununsesi.info