Blinken İrana mesaj göndərib

ABŞ dövlət katibi Antoni Blinken Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra İrandan qisas almamağı xahiş edib.

Gununsesi.info xəbər verir ki, bu barədə CNN  məlumat yayıb.

Bildirilir ki, Blinken Qətərin hökumət başçısı və xarici işlər naziri Şeyx Məhəmməd bin Abdel Rəhman Əl Tani ilə söhbəti zamanı ondan bu mesajı İran tərəfinə və Livanın şiə Hizbullah hərəkatına çatdırmağı xahiş edib.

Məlumata əsasən Qətər şeyxi ABŞ dövlət katibinin tələbinin yerinə yetirilməsinə razılıq verib.

 

 

Şəbnəm

Gununsesi.info