BMT Baş katibi Odessa limanına raket hücumunu pisləyib

BMT-nin Baş katibi Antonio Quterreş Rusiyanın iyulun 23-ü səhər saatlarında Odessa limanına raket hücumunu pisləyib.

Bu barədə “Report” BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir.

O bəyan edib ki, dünən İstanbulda bütün tərəflər Ukrayna taxılının təhlükəsiz ixracını təmin etmək üçün dünya səhnəsində öhdəlik götürüblər.

“Bu məhsullar qlobal ərzaq böhranını həll etmək və dünyada köməyə ehtiyacı olan milyonlarla insanın əzabını yüngülləşdirmək üçün vacibdir. Rusiya, Ukrayna və Türkiyənin öhdəliklərinə tam əməl etməsi mütləqdir”, – Baş katibin bəyanatında deyilir.

Gununsesi.info