BMT: Ukraynalı uşaqların deportasiyası müharibə cinayətidir

BMT müstəntiqləri bildiriblər ki, Rusiyanın ukraynalı uşaqları öz ərazilərindən zorla çıxarması müharibə cinayətidir.

Gununsesi.info trthaber-ə istinadən xəbər verir ki, BMT-nin Ukrayna üzrə Təhqiqat Komissiyası yüzlərlə ukraynalı uşağın qanunsuz olaraq Rusiyaya köçürülməsinə dair sübutların olduğunu bildirib.

Zor tətbiqi ilə Rusiyaya aparılan uşaqların sayının 16 221 olduğunu bildirir.

Hesabatda bildirilir ki, Rusiya “bəzi uşaqların Rusiyada daimi qala biləcəyi bir çərçivə yaratmaq üçün” Rusiya vətəndaşlığının verilməsi və uşaqların himayədar ailələrə verilməsi kimi siyasətlərə başlayıb.

BMT-nin müstəntiqləri qeyd edirlər ki, köçürmələr müvəqqəti olsa da, həm valideynlər, həm də uşaqlar “təmas üçün bir sıra maneələrlə” üzləşdiyi üçün proses uzanır.

 

Bildirirlir, ukraynalı uşaqların zorla deportasiyası “beynəlxalq humanitar hüququ pozur və müharibə cinayəti yaradır”.

 

Tərcümə:

Şəbnəm

Gununsesi.info