“Böyük qlobal fırtına başlayır” -KREMLDƏN XƏBƏRDARLIQ

  • By admin
  • 04 Sentyabr 2022 20:36

“Qərbin hərəkətləri böyük qlobal fırtınaya səbəb olub, lakin Rusiya makrosabitliyi qoruya bilir”.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Şərq İqtisadi Forumu ərəfəsində deyib.

O bildirib ki, qlobal proseslər hazırda mənfi təsir göstərir. Deyəsən, böyük qlobal fırtına başlayı:

“Bunun obyektiv səbəbləri var. ABŞ, Avropa, Avropa İttifaqı və ayrı-ayrı Avropa ölkələri hökumətlərinin tamamilə məntiqsiz, hətta absurd qərar və hərəkətlərindən qaynaqlanır. Bununla belə, biz makrosabitliyi qoruyub saxlamağa nail oluruq”.

Gununsesi.info