Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir -Prezident

  • Müəllif: Firuzə
  • 01 İyun 2026 10:49

Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir.

Gununsesi.info  xəbər verir ki, bu fikri Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı səsləndirib.

Aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən reytinqlərimizin ildən-ilə artdığını vurğulayan dövlət başçısı qeyd edib ki, indiyə qədər artıq investisiya səviyyəli reytinqimiz var.

Yoxsulluğun 5 faiz səviyyəsinə endirildiyini, işsizlik eyni rəqəmlər ətrafında olduğunu söyləyən Prezident, həmçinin deyib: “Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq”.

Gununsesi.info