Bu il 81 üçəm doğulub

  • Müəllif: Firuzə
  • 12 Dekabr 2025 13:22

Cari ilin yanvar-oktyabr aylarında doğulan körpələrdən 2714-ü əkiz, 81-i isə üçəm olub.

Gununsesi.info  xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

Qeyd edək ki, yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 80802 doğulan körpə qeydə alınıb.

Gununsesi.info