Bu rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq

  • By admin
  • 13 Sentyabr 2022 11:18

“Qaz İxrac” İdarəsinə məxsus “Tüklə-Ordahal” yüksək təzyiqli Magistral Qaz Kəmərinin korroziyaya uğramış hissəsində yaranmış qaz sızmasının ləğvi ilə bağlı, 14.09.2022-ci il tarixdə saat 13:00-dan etibarən təmir işləri başa çatanadək “Lerik”, “Ordahal”, “Yardımlı” və “Əngəvül” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Yardımlı rayonunun (tam olaraq), Lerik rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Gununsesi.info