Bu yollarda sürət həddi endirildi

  • By admin
  • 10 Noyabr 2021 17:43

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh, Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

“Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin meteoroloji amilləri nəzərə alsınlar”, – məlumatda deyilir.

Gununsesi.info