Ceyhun Bayramovdan ölkə gənclərinə təbrik

  • By admin
  • 05 Dekabr 2021 16:31

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkə gənclərini 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edib.

Gununsesi.info xəbər verir ki, XİN rəhbəri bu barədə özünün tviterdəki hesabında paylaşım edib.

“5 dekabr – Beynəlxalq Könüllülər Günündə Azərbaycanın davamlı inkişafına töhfə verən bütün könüllülərimizi təbrik edir, xeyirxah və nəcib fəaliyyətlərində onlara yeni uğurlar arzulayıram”, – deyə nazir sosial şəbəkə hesabında yazıb.

Gununsesi.info