Cib telefonunu uddu – Dava xəstəxanada bitdi / FOTOLAR

  • By admin
  • 07 Aprel 2023 19:21

Hindistanda bacı-qardaş davası xəstəxanada bitib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 18 yaşlı bir qız qardaşı ilə Çin istehsalı bir telefon səbəbindən dava edib.

Dava böyüdükdə, qız telefonu qardaşına verməmək üçün udub.  Xəstəxanaya götürülən yeniyetmə təcili əməliyyat altına alınıb.

2 saatlıq əməliyyatdan sonra telefon onun mədəsindən çıxarılıb.

Şiddətli qarın ağrısı olan qızın bu davranışı ilə bağlı əməliyyatçı həkim belə deyib:

“20 illik peşə həyatımda belə bir durumla ilk dəfə qarşılaşdım”.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info