Çin ABŞ-a qarşı son dərəcə sərt danışıb və Rusiya haqqında çox isti danışdı. Bunun mənası nədi?

Çərşənbə axşamı Çin lideri Xi Jinping və Çinin xarici işlər naziri Qin Gang ABŞ-a qarşı son dərəcə sərt bəyanatlar verdilər, bir çox ekspertlər hətta Pekin və Vaşinqton arasında gərgin münasibətləri nəzərə alaraq bunu hədsiz hesab etdilər. Bununla yanaşı, Pekin Ukraynada müharibə başlayandan bəri ilk dəfə Rusiyanı açıq şəkildə özünün əsas tərəfdaşı adlandırıb.

Bu barədə Gununsesi.info Euronews-yə istinadən xəbər verir.

Analitiklər qeyd edirlər ki, Çin lideri öz çıxışlarında nadir hallarda birbaşa ABŞ-ın adını çəkir, Qərbə daha çox ümumi istinadlardan istifadə etməyə üstünlük verir.

Çin və ABŞ arasında qarşıdurmanın dərəcəsi dünyada böyük narahatlıq doğurur.

Tayvan toqquşmaların yeganə səbəbi deyil. Tərəflər Rusiyanın Ukraynaya təcavüzü, kibertəhlükəsizlik və texnologiya sahəsində qlobal üstünlük məsələlərində barışmazdırlar.

Vaşinqton öz milli təhlükəsizliyinə əsas təhlükəni Çində görür və bu ölkənin dünyada təsirini hər cür məhdudlaşdırmağa çalışır. ABŞ-ın tədbirləri arasında Çin texnoloji şirkətlərinə sanksiyalar tətbiq etmək, ixraca nəzarət etmək və Asiya-Sakit okean regionunda digər oyunçularla əlaqələr qurmaq daxildir.

Çinin xarici işlər naziri Qan çıxışında Çinin Rusiya ilə sıx tərəfdaşlığını yüksək qiymətləndirərək, iki güc arasında “etimad yolu açıldığını” və beynəlxalq əməkdaşlıq modeli qurulduğunu bildirib.
Tərcümə: Adil
Gununsesi.info