Cosef Borel: " Atəşkəs daha çox insan itkisinin qarşısını almağa kömək edəcək"

  • By admin
  • 11 Noyabr 2020 10:19

Avropa İttifaqı Dağlıq Qarabağda əldə olunan razılaşmanı məmnuniyyətlə qarşılayır.

Gununsesi.info xəbər verir ki, bu barədə ittifaqın Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti ali nümayəndəsi Cosef Borel bildirib.

“Dağlıq Qarabağ və ətrafındakı münaqişələrin sona çatmasını məmnunluqla qarşılayıram. Bazar ertəsi günü Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəs daha çox insan itkisinin qarşısını almağa kömək edəcək və ümid edirik ki, bu, genişmiqyaslı həllə gedən ilk addımdır”, – açıqlamada deyilir.

Onun sözlərinə görə, Avropa İttifaqı ATƏT-in Minsk Qrupunun həmsədrləri liderliyindəki mövcud formata dəstəyini davam etdirir və bu təşəbbüslərə və razılaşmaların bütün Cənubi Qafqaz bölgəsinin sülh içində və uğurlu formada inkişafı üçün tətbiqinə fayda verməyə hazırdır.

Gununsesi.info