Deputat: "Bu, şəffaflığın artırılması baxımından vacibdir"

Azərbaycan Prezidentinin sərəncamı ilə bu gün təhsil şöbələri ləğv olunaraq regional idarələr yaradıldı. Təhsildə idarəetmənin regionallaşması bu sahədə nəzarətə kənar müdaxilələrin minimumlaşdırılması, şəffaflığın artırılması və idarəetmənin səmərəliliyinin daha da yüksəldilməsi baxımından vacib idi.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.

HTML tutorial

Deputat bildirib ki, sözügedən sərəncamda yaradılan regional formatda idarələr digər sektorlarda, o cümlədən yerli idarəetmə sisteminin təkmilləşdirilməsi baxımından da məqsədəuyğun olar: “Bir müddət öncə Azərbaycan Prezidentinin sərəncamı ilə Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndə təyin olunmuşdu. Bu, yerli idarəetmənin iqtisadi rayonlar üzrə transferi baxımından yeni yanaşma kimi də qiymətləndirilir. Bu kontekstdən təhsil sektorunda idarəetmənin təkmilləşdirilməsi institusional islahat kimi xarakterizə olunmalıdır”.

Gununsesi.info