DİM jurnalistlər üçün müsabiqə elan edib

  • By admin
  • 17 Mart 2023 12:44

Dövlət İmtahan Mərkəzi jurnalistlər üçün müsabiqə elan edib.

Gununsesi.info xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması, buraxılış imtahanlarının gedişatı ilə əlaqədar keçirdiyi mətbuat konfransında elan edib.

O qeyd edib ki, müsabiqə 22 iyul Milli Mətbuat Gününə həsr olunacaq və həmin gün nəticələr elan ediləcək.

Məleykə Abbaszadə söyləyib ki, müsabiqəyə təqdim ediləcək yazıların mövzusu “Bunker müəllimi İllüziya və reallıq” olacaq. Müsabiqənin nəticələrinə əsasən, birinci yeri tutan yazı 1000, ikinci yer 800, üçüncü yer 500 manat məbləğində pul mükafatı qazanacaq.

Gununsesi.info