Döyüşlər cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib - RƏSMİ

  • By admin
  • 02 Noyabr 2020 09:09

Noyabrın 1-i gün ərzində və 2-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

Gununsesi.info bildirir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Döyüş əməliyyatları əsasən cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.

Gununsesi.info