DTX İpoteka və Kredit Zəmanət Fondunda əməliyyat keçirəcəkmi? - MİDA-nın CİNAYƏTLƏRİNİ BU FOND TƏKRARLADI

  • By admin
  • 09 Sentyabr 2022 21:39

Bu gün İpoteka və Kredit Zəmanət Fond Bakı, Abşeron və Sumqayıtda kirayə mənzilləri satışa çıxarıb.
Əvvəlcədən verilmiş elana uyğun olaraq, yüzlərlə vətəndaş rəsmi qeydiyyatdan keçib.

Ancaq bu gün nəticələr açıqlananda Bakıdan kirayə mənzil sahibi olmaq istəyənlər sürprizlə qarşılaşıb.

Belə ki, Fondun rəsmi səhifəsinə daxil olan vətəndaşlara Bakı şəhəri üzrə mənzillər təqdim olunmayıb.

Gün ərzində vətəndaşların davamlı tələblərinə, sorğularına isə Fondan inanılmaz cavab verilib.

Bildirilib ki, Bakı şəhəri üzrə nəticələr də saytda yerləşdirilib və dərhal da satılıb.

Kirayə mənzil üçün Fonda müraciət edən və sənədləri təadiqlənən Günel Bəşirova Gununsesi.info-ya bildirib ki, Fond saxtakarlıq edib:

”Mən burada MİDA olaylarının təkrarını görürəm. İnsanların üzünə dayanırlar ki, Bakı şəhəri üzrə həmin mənzillər saytda qoyulub və satılıb.

Necə saytda yerləşdirilib ki, aylardır intizarda olan birisi kimi mən bunu görə bilmədim. Mənim kimi neçə insana da bu yalanı söyləyiblər. Mən dövlətdən xahiş edirəm ki, bu məsələ ciddi araşdırılsın”.

Gununsesi.info