Dünya şöhrətli müğənni milyonluq təklifə yox dedi

  • By ilhame
  • 13 Aprel 2024 22:54

Dünya şöhrətli müğənni Taylor Svift Birləşmiş Ərəb Əmirliklərində xüsusi konsert vermək üçün ona təklif edilən 9 milyon dollarlıq qonararı rədd edib.

Gununsesi.info “Daily mail”ə istinadən xəbər verir ki, bu barədə amerikalı reper Frenç Montana məlumat yayıb.

 

Qeyd edək ki, Taylor bu ayın əvvəlində rəsmi olaraq “Forbes”in milyarderlər siyahısına daxil edilib. Onun sərvəti 1,1 milyard dollar səviyyəsində qiymətləndirilir.

Gununsesi.info