Dünyanın ən çox içən ölkələri – SİYAHI

  • By admin
  • 05 Dekabr 2021 14:52

Avstraliyalılar rəsmi olaraq dünyanın ən böyük sərxoşlarıdır.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu barədə Britaniyanın “Deyli Meyl” nəşri yazıb.

Nəşrin məlumatına görə, bu nəticə 2020-ci ilin dekabrından 2021-ci ilin martına qədər dünyanın 22 ölkəsində 32 min nəfər arasında keçirilən sorğudan sonra ortaya çıxıb.

Danimarka və Finlandiya dünyanın ən çox içən ölkələri arasında 2-ci və 3-cü yerləri bölüşüblər.

ABŞ və Böyük Britaniya da ilk beşliyə daxil olmağı bacarıb.

Qeyd edək ki, sorğu Rusiya, postsovet məkanı və Şərqi Avropa ölkələri əhalisi arasında aparılmayıb.

Gununsesi.info