Erməni müxalifətinin lideri Paşinyana bir saat vaxt verib

  • Müəllif: ilhame
  • 09 May 2024 19:11

“Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat İrəvanda Respublika Meydanında keçirilən mitinqdə baş nazir Nikol Paşinyanın istefa verməsi üçün bir saat vaxt verdiyini bildirib.

 

Gununsesi.info bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

 

“İlk dəfədir ki, onun adını çəkirəm. Nikol Paşinyan! Mən sizə istefa üçün bir saat vaxt verirəm. Bir saat ərzində sizinlə görüşməyə və istefa şərtlərini müzakirə etməyə hazıram“, – o deyib.

Gununsesi.info