Ermənilər Tavuşda etiraz aksiyası keçirdilər

  • By Mina
  • 20 Aprel 2024 11:43

Ötən gecə Ermənistanın Tavuş rayonunda vəziyyət gərgin olub: bir qrup yerli sakin Bağanis-Kirants kəndləri ərazisində Ermənistan-Gürcüstan dövlətlərarası yolunu bağlayıb.

Gununsesi.info xəbər verir ki, müxalifətin və revanşist qüvvələrin təhriki ilə yolu bağlayanlar Ermənistan və Azərbaycanın delimitasiya komissiyalarının dünənki görüşünün nəticələrinə və işğal altındakı 4 kəndin Azərbaycana qaytarılmasına etirazlarını bildiriblər.

Etirazçılar baş nazir Nikol Paşinyanla görüş tələb ediblər.

Gununsesi.info