“Ermənistanın 2026-cı il üçün dövlət büdcəsi layihəsində Yerasx (Arazdəyən) qəsəbəsindən Naxçıvanla sərhədə qədər dəmir yolu xəttinin təmiri üçün vəsait nəzərdə tutulmayıb”.
Gununsesi.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan parlament komissiyalarının iclasında rəhbəri olduğu qurumun büdcə təkliflərini təqdim edərkən deyib.
Xudatyanın sözlərinə görə, Mehri bölgəsində infrastrukturun idarə olunması üzrə ABŞ ilə əməkdaşlığın əlaqələndirilməsi məsələlərini Baş nazirin müavini Mher Qriqoryanın aparatı idarə edir.










