Ermənistan parlamenti müxalifətin Qarabağ bəyanatını qəbul etmədi

  • By admin
  • 02 Dekabr 2022 23:12

Ermənistanın Milli Məclisi müxalifətin Qarabağa dair bəyanat layihəsini qəbul etməyib.

Bu barədə Gununsesi.info  AzadlıqRadiosunun Erməni xidmətinə istinadən xəbər verir ki, hakim “Vətəndaş müqaviləsi” fraksiyası səsvermədə iştirak etməyib.

Ermənistan müxalifətinin Hayastan və “Şərəfim var” fraksiyaları bu bəyanatı Azərbayacan Milli Məclisinin bu ay qəbul etdiyi bəyanata cavab olaraq hazırlayıblar.

Bəyanatda iddia olunur ki, “Azərbaycanın Milli Məclisi 44 günlük müharibənin hərbi cinayətlərinə haqq qazandırıb və Ermənistan və Qarabağın ünvanına yeni hədələrlə çılxış edib.

Müxalifətin bəyanat layihəsinə görə Ermənistanın Milli Məclisi Qarabağın Azərbaycanın tərkib hissəsi ola bilməyəcəyinə dair bəyanat qəbul etməlidir.

Layihədə deyilirdi ki, millətlərin öz müqəddəratını təyinetmə hüququ Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini təmin edəcək yeganə prinsipdir.

Keçmiş prezidentlər Robert Koçaryana bağlı Hayastan və Serj Sarkisyana bağlı “Şərəfim var” fraksiyalarının bəyanat layihəsində Azərbaycan silahlı qüvvələrinin 2021-ci illin 12 mayınadək olan mövqelərə qayıtması, əsirlərin və ölənlərin meyitlərinin qaytarılması tələb olunur.

Hayastan fraksiyasından deputat Andranik Tevanyan deyib:

“Bu, cəmiyyətimizə, düşmənlərimizə, strateji partnyorlarımıza, dostlarımıza və ümuilikdə dünya icmasına bizim təhlükəsizlik sistemimizlə bağlı dəqiq qırmızı xətlərimizin olmasını göstərmək üçün yaxşı imkandır. Susmaq ən yaxşı halda qorxunun, ən pis halda isə razılığın əlaməti sayılacaq”.

Tərcümə:

Gununsesi.info