“Ermənistan ya tam məhv olacaq, ya da siyasi rəhbərliyi ilə hərbi komandanlığı linç ediləcək”- RƏY + FOTO

Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu, Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan hərbi təyinatlı obyektlərin hamısı darmadağın edilib. Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, mühüm yüksəklikləri də nəzarətə götürüb.

Bəs görəsən, Ermənistan bunları nəzərə alıb təxribat əməllərindən çəkinəcəkmi?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bu gün baş verən proseslərin arxasında Ermənistandan çox, ona havadarlıq edən qüvvələrin dayandığını deyib:

“Onlar təxribatlar həyata keçirirlər, Azərbaycana qarşı artilleriya silahından istifadə edirlər. Unudurlar ki, 44 günlük savaşda Ermənistan ordusu darmadağın edildi. Qısa müddətdə ayağa qalxması mümkün deyil, hərb elmi belə bir şeyi sübut etməyib. Bu qədər texnika itirən bir dövlət daha modern silahlar alan orduya qarşı güc nümayiş etdirə bilər?”

Hərbi ekspert hesab edir ki, bu gün Ermənistanı danışdıran şimal və cənub qonşularımızdır:

“Ermənistan sərt şəkildə cəzalandırılacaq, heç kimin buna şübhəsi olmasın. Ermənistanı elə bir tora salıblar ki, ya orada tam məhv olacaq, ya da siyasi rəhbərliyi hərbi komandanlıqla birlikdə linç ediləcək. Başqa yol yoxdur. Çünki o, Fransanın, Rusiyanın əlində “maşa” olub, bu gün də həmin rolda çıxış edir. ABŞ rəsmisinin Ermənistana səfəri, orada keçirdiyi görüşlər, Rusiyanın Ermənistandakı səfirinin “Daşnaksütun” nümayəndələri ilə görüşü vəziyyəti açıq şəkildə göstərir. Onlar Azərbaycana qarşı güc göstərməyə çalışsalar da, bunun hər hansı bir nəticəsi olmayacaq. Müdafiə Nazirliyi ilə Dövlət Sərhəd Xidməti yaxın günlərdə məsələni tam həll edəcək”.

Gununsesi.info