Ermənistanın Rusiyaya yolu bağlandı

  • By admin
  • 25 Yanvar 2022 13:55

“Yuxarı Lars” məntəqəsindən Gürcüstan-Rusiya sərhədinə gedən yol bağlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstan Regional İnkişaf Nazirliyinin Yollar Departamenti məlumat yayıb.

Hərəkətin dayandırılmasına güclü qar və yolun buz bağlaması səbəb olub.

Qeyd edək ki, bağlanan magistral Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoldur.

Gununsesi.info