Fərid Qayıbov Gürcüstan Basketbol Federasiyasının rəhbərliyini qəbul etdi

  • By admin
  • 06 Aprel 2022 12:05

Gənclər və idman naziri Fərid Qayıbov Gürcüstan Basketbol Federasiyasının rəhbərliyini qəbul edib.

Gununsesi.info bildirir ki, Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, iki ölkə arasında idman əlaqələrinin əhəmiyyətindən danışan nazir Gürcüstan Basketbol Federasiyasının prezidenti Viktor Sanikidzeyə Azərbaycanda son illərdə keçirilən idman siyasəti barədə məlumat verib.

Görüş zamanı ölkələr arasında ikitərəfli idman əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib. Eyni zamanda, basktebol üzrə birgə təlim-məşq toplanışlarının təşkilinin mümkünlüyü qeyd olunub.

Gununsesi.info