“Fənərbağça” Türkiyə millisinin futbolçusu ilə müqavilə bağladı

  • By admin
  • 23 Sentyabr 2020 21:15

Türkiyə “Fənərbağça”sı heyətini yeni futbolçu ilə gücləndirib.

Gununsesi.info klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi milli komandanın müdafiəçisi Nazım Sangareni transfer edib.

26 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Nazım Sangarenin son klubu “Antalyaspor” olub.

 

 

 

Gununsesi.info