FIBA Avropa Kuboku: Azərbaycanın daha bir komandası əsas mərhələdə mübarizəyə başlayıb

  • Müəllif: Admin08
  • 16 Oktyabr 2025 21:01

Azərbaycanın daha bir basketbol komandası FIBA Avropa Kubokunda mübarizəyə başlayıb.

Gununsesi.info xəbər verir ki, “Abşeron Lions” klubu Estoniya təmsilçisi “Kalev”i qəbul edib.

Bakı İdman Sarayında keçirilən matç rəqibin 93:85 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, I qrupunun ilk görüşündə Azərbaycanın “Neftçi” kollektivi Polşada “Trefl”ə uduzub – 63:92.

Gununsesi.info