Gəncə şəhərinin Nizami və Kəpəz rayonları ləğv olunur

  • By admin
  • 09 Fevral 2022 18:08

Gəncə şəhərinin Nizami və Kəpəz rayonları ləğv olunur.

Gununsesi.info-nun məlumatına görə, bu, Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 11-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələri Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyinə verilir.

Ancaq bu rayonların ərazisində Nizami və Kəpəz bələdiyyəsi fəaliyyət göstərəcək.

 

Gununsesi.info