Gəncədə yol qəzası baş verib - FOTOLAR

  • By admin
  • 15 İyul 2022 14:57

Gəncə şəhərində 3 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info-nun xəbərinə görə, hadisə Ü.Hacibəyli küçəsində qeydə alınıb.

“VAZ 2107”, “VİTO” və “Nissan” markalı avtomobillərin toqquşması zamanı birinci maşının sürücüsü xəsarət alıb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

İlkin məlumata görə, qəzaya səbəb ‘VAZ 21 07″ markalı avtomobilin sürücüsünün maşını yüksək sürətlə idarə etməsi olub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info