Gəncədən Kəlbəcərə avtobus reysi AÇILDI

  • Müəllif: Firuzə
  • 09 Sentyabr 2025 12:20

Bu gündən etibarən Gəncə şəhərindən Kəlbəcər rayonuna ilk müntəzəm avtobus reysi açılıb.

Gununsesi.info xəbər verir ki, ilk avtobus reysi Gəncə Beynalxalq Avtovağzalından yola düşüb.

Sərnişin avtobusu Goranboy-Naftalan-Suqovuşan- Ağdərə istiqamətindən hərəkət edəcək. Reys hər gün 08-30-dan Gəncə şəhərindən Kəlbəcərə gedəcək.

 

Gununsesi.info