Göyçayda yaşayan ictimai fəal Taleh Xasməmmədovun həbsi xəbəri yayılıb.
Gununsesi.info-nun məlumatına görə, Taleh Məmmədov xuliqanlıqda ittiham olunaraq yerli polis tərəfindən həbs edilib.
Artıq məhkəmənin onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri də seçdiyi də bildirilir.
Bu arada sosial şəbəkələrdə Taleh Xasməmmədovun anasının adından onun həbsinin qanuni olması barədə informasiya yayılıb.
Ancaq fəalın anası Gülbuta Xasməmmədova bəyanat yayaraq, oğlunun günahsız olduğunu deyib.
Gununsesi.info-ya təqdim olunan açıqlamada deyilir:
“Mənim haqqımda şəklimi qoyaraq Göyçayın Qaraman sakini Rəvan Mustafayev adlı şəxs mənim adımdan məlumat yayaraq guya oğlumun günahkar olduğunu yazıb.
Bundan başqa bir sıra həqiqətdən kənar, saxta, sifarişli açıqlamalar yazıb.
Mən onu məhkəməyə verəcəm. Bilirəm ki, bu sifarişli yazını oğlumu şərləyənlər təşkil edir və adam da onların “maşası”dır.
Onun kimlərin trolu olmasını Göyçay camaatı yaxşı bilir”.
Açıqlamasında DİN rəhbəri Vilayət Eyvazova səslənən Gülbuta Xasməmmədova oğlunun günahsız olduğunu və onun azad olunmasını xahiş edib.
Gununsesi.info