Göyçayda yeniyetmə kanalda batdı

  • By admin
  • 20 İyul 2021 20:42

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Göyçay rayonu, Ləkçılpaq kəndində 2004-cü il təvəllüdlü Salmanov Rüfət Seyfəddin oğlunun Yuxarı Şirvan kanalında batması barədə məlumat daxil olub.

Bu barədə Gununsesi.info-ya  Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.​

Gununsesi.info