“Bu ilin martından başalyaraq güclü leysan yağışları və yaranan sel suları Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində ciddi dağıntılara səbəb olub,kənd təsərrüfatına, infrastruktura-yollara,körpülərə,elektrik sisteminə, yaşayış evlərinə və bir sıra obyektlərə ciddi ziyan vurub. Aidiyyəti dövlət qurumları tərəfindən mövcud vəziyyətin təhlili aparılaraq, operativ və təxirəsalınmaz tədbirlər nəticəsində fəsadların aradan qaldırılması istiqamətində əməli işlər görülüb”.
Gununsesi.info bildirir ki, bunu Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar Institutunun rəhbəri Əli Məsimli parlamentin bügünkü keçirilən plenar iclasında deyib:

“Xüsusi Prezident sərəncamına əsasən Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələcəkdə analoji halların təkrarlanmaması üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan həmin Sərəncama Əlavədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün ümumilikdə 86 milyon manata yaxın vəsait ayrılıb. Bu addımı güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması baxımından çox vacib hesab edir və yüksək qiymətləndiriririk”.
Deputat qeyd edib ki, intensiv yağışlar may ayında da davam edib və onun fəsadlarının coğafiyası 28 aprel tarixli Prezident sərəncamda göstərilən rayonlardan çox olub:
“İntensiv yağışlar Şəki-Zaqatala iqtisadi rayonunda da bir sıra fasadlar törədib, o cümlədən Şəkinin Cunud,Şin,Baş Layısqı və digər kəndlərinə xeyli ziyan vurub.Baş Zəyzid kəndində sel suları 2 körpünü aparıb.
Qaxın da bir sıra kəndlərində intensiv yağışlar və dolu vurması nəticəsində problemlər yaranıb. Təbii fəlakət nəticəsində Marsan və Çüdüllü və digər kəndlərində bəzi evlərin həyətlərini su basıb,əkin sahələri su altında qalıb.Qax rayonuna güclü leysan yağışları ilə bərabər intensiv dolu düşüb.Güclü yağış və dolu Qax rayonunun Zəyəm, Tasmalı və Qarabaldır kəndlərində təsərrüfatlarına xeyli ziyan vurub.Dolu əkin yerlərinə,meyvə bağlarınaciddi ziyan vurub,taxıl sahələrini və tərəvəz məhsullarını yararsız hala salıb.Leysan xarakterli yağışlar nəticəsində Respublika əhəmiyyətli Qorağan-Qax-Zaqatala avtomobil yoluna və yerli əhəmiyyətli Qax-İlisu-Sarıbaş, Qax-Qaşqaçay-Armudlu,Qıpçaq-Üzümlü avtomobil yollarının hərəkət hissəsinə sel sularının özü ilə bərabər gətirdiyi qum, palçıq və iri qaya parçaları tökülüb, yolların bəzi hissələrinə və su ötürücü borulara ziyan dəyib.Aidiyyəti dövlət orqanları tərəfindən mövcud vəziyyətin təhlili aparılaraq, operativ və təxirəsalınmaz tədbirlər nəticəsində fəsadların aradan qaldırılması istiqamətində əməli işlər görülıb.Rayon fövqəladə hallar komissiyası və aidiyyəti qurumlar təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində iş aparıblar. Yağış və dolunun təsirləri yalnız məhsul itkisi ilə məhdudlaşmır.Məhsuldarlığın azalması fermerlərin gəlirlərinə birbaşa mənfi təsir göstərir. Dəymiş ziyanla bağlı Aqrar Sığorta Fondu da dəstək verəcək.
Bu istiqamətdə Aqrar Sığorta Fondu tərəfindən bir sıra işlər görülür və bunu müsbət qiymətləndirmək lazımdır. Lakin dəymiş ziyanın həcmi ilə aqrar sığortanın maliyyə imkanlarını müqayisə etdikdə, əlavə dəstəyin göstərilməsi də vacib görünür.Ona görə də hesab edirik ki, sığorta sistemi müxtəlif mexanizmlər vasitəsilə daha geniş tətbiq olunmalıdır ki, hər dəfə təbii fəlakət baş verəndə, bütün yük dövlətin üzərinə düşməsin və sığorta mexanizmi tam gücü ilə əhatəli şəkildə işləyə bilsin.Bu səbəbdən Aqrar Sığorta Fondunun vəsaitləri ilə yanaşı, əlavə maliyyə resurslarının da məhz sığorta mexanizmi vasitəsilə ayrılmasını vacib hesab edirik.Amma nəzərə almaq lazımdır ki,yol,körpü,suötürücü borular və digər bu kimi infrastruktur obyektlərinə dəyən zərəri yerli icra hakimiyyətlərinin maliyyə imkanları çərçivəsində həll etmək mümkün olmayacaq və mərkəzləşdirilmiş qaydada əlavə vəsit ayrılmasına ehtiyac var. Yağış və dolunun fəsadlarının aradan qaldığrılması istqamətində verilən dəstək zamanı bu sahədə Şəki və Qaxda yaranmış problemlərin də nəzərə alınınıb qarşılanmasını zəruru hesab edirik”.
Şəbnəm











