Gürcüstan PUA istehsal edəcək

  • By admin
  • 13 May 2021 21:13

Gürcüstanda pilotsuz uçuş aparatları (PUA) istehsal olunacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Cuanşer Burçuladze məlumat verib.

Onun sözlərinə görə, “Delta” hərbi elmi-texniki mərkəzdə istehsal olunacaq ilk PUA-lar 2022-ci ildə təqdim ediləcək.

Nazir həmçinin bildirib ki, mərkəzin bazasında yaradılacaq Gürcüstan-İsrail birgə müəssisəsi M4 tipli avtomatların istehsalını təşkil edəcək .

Gununsesi.info